суббота, 19 марта 2016 г.

ULDUZ qrupu

                      Ulduz qrupunun tapşırığı :
                                 ( Səhnəcik )
          Atandan xahiş et :
          Riyaziyyatdan tapşırığı həll etməkdə çətinlik çəkirsən .Bu işdə sənə yalnız atan kömə edə bilər. O isə evə yeni gəlib və yorğundur.Atana elə müraciet ki ,sənə kömək etməkdən imtina etməsin.
         Bu bizim qrupun tapsirgi idi. Biz bu tapsiriga esasen nitq medeniyyeti haqqinda umumi melumat topladiq ve bloqda isleyib paylasdiq. Daha sonra tapsiriqda verildiyi kimi qrup yoldaslarimizla birlikde sehnecik seklinde hazirladiq ve sinifde numayis etdik. 
          Əvvəlcə nitq etiketlerini umumi arasdirdiqdan sonra yardim istemekle bagli islene bilen nitq etiketlerin secdik ve sehnecyie elave etdik .
         Yardimla bagli nitq etiketleri ; xahis edirem , rica edirem , zehmet olmasa, eger mumkunse ve .s kimi nitq etiketlerinden istifade etmekle tapsirigi yerine yetirdik. 
         SEHNECIK : 
         Ata eve gelir . Yorgun bir simasi var ve her zaman oturdugu oturacagina eylesir. 
         Usaq  riyaziyyat tapsirigini yerine yetirmekde cetinlik cekir ve ataysa muraciet etmek isteyir,lakin ele etmelidir ki o komeyin esirgemesin . 

         Ve o sakitce kitab elinde yaxinlasir ve deyir:
 - Ata, bilirem ki yorgunsan, amma xahiw etsem mene cetinli cekdiyim tapsiriqda  yardim ede bilersen mi ? Cox rica edirem. eger mumkunse.
         Ata ovladina yorgun baxislarla baxir ,lakin onun rica etmesi ona xos gelir ve yardim etmeye raziliq verir. Hetta ovladinin bele medeni muracietine gore ona severek yardim edir ve yorgunluq bele hiss etmir. 

         Biz belelikle oz tapsirigimizi yerine yetirdik ve melumatlarimizi paylasdiq. Umid edirik ki serfeli olar...

NITQ MEDENIYYETI



                           NİTQ MƏDƏNiYYƏTİ

Nitq mədəniyyəti insanlara məxsus ümumi mədəniyyətin ən vacib vəaparıcı tərkib hissələrindən biridir. Bu anlayışa danışıq mədəniyyəti ilə yanaşı,yazı mədəniyyəti də da-xildir. Belə yüksək keyfiyyətə yiyələnən şəxs cəmiyyətinictimai həyatında, onun hər hansı bir sahəsində fəal və məhsuldar iştirak etməkimkanına malik olur. Xüsusən, ziyalıların nitq mədəniyyətinə yiyələnməsi vacibsayılır. Yazıçılar, müəllimlər, aktyorlar, radio və televiziya işçiləri, jurnalistlər,bədii söz ustaları nitqinin təsirliliyi, obrazlılığı, ifadəliliyi, məntiqliyi, zənginliyi ilə fərqlənməli, başqaları onların danışığından, oxusundan, yazdıqlarından nümunə götürməlidirlər.



Dilçilik ədəbiyyatında nitq mədəniyyəti anlayışı belə izah olunur: “Nitqmədəniyyəti tətbiqi dilçilik sahəsi olub, hər hansı konkret bir dilin orfoepik,orfoqrafik, leksik, qram-matik, üslubi və s. normalarını müəyyənləşdirən nəzəriaxtarışlar və təcrübi tədbirlər kompleksidir”.



Nitq mədəniyyəti dilçiliyin praktik sahəsi olub, dildən ünsiyyət vasitəsi kimi istifadəqaydalarını öyrənir. Nitq mədəniyyətinə yaxşı yiyələnmək üçün dilin fonetik (orfoepik və orfoqrafik),leksik və qrammatik qayda -qanunlarını bilmək və nitq zamanı onlara əməl etmək zəruridir.
Hər hansı bir xalqın milli mədəniyyətinin göstəricilərindən biri də gözəl nitqdir. Gözəl nitq üçün, əsasən, iki şərt tələb olunur:
1.Dilin özünün ifadə imkanlarının genişliyi, yəni hər hansı bir fikri ifadə etmək imka-nının olması.
2.Bu dildə danışanın yüksək hazırlığı, yəni dilin ifadə imkanlarından düzgün şəkildə istifadə etməsi.

Hər hansı dilin fonetik, leksik (yaxud leksik-semantik), qrammatik, eləcə də orfoq-rafik və orfoepik qayda-qanunları vardır. Onları öyrənmədən, bilmədən nitq mədəniyyətinə yiyələnmək mümkün deyildir. Haqqında danışılan qayda-qanunlar müəyyən tarixi təkamülün məhsulu olub, cəmiyyətin normal ünsiyyətinə xidmət edir.

Azərbaycan dili fonetik, leksik və qrammatik quruluşuna görə dünyanın inkişaf etmiş və zəngin dillərindən biri sayılır. Bu dilözünəməxsus musiqili ahəngi, səlisliyi və axıcılığı ilə diqqəti cəlb edir. Çox-çox qədim zamanlarda dilimizdə şifahi xalq ədəbiyyatı nümunə-ləri, sonralar isə yazılı ədəbiyyat yaranmışdır. İstər şifahi, istərsə də yazılı ədəbiyyatımız xalqımızın gözəl və zəngin nitq mədəniyyətinin olduğunu sübut edir.


Milli mədəniyyətin, o cümlədən də nitq mədəniyyətinin qoruyucusu, daşıyıcısı bütöv-lükdə xalqdır. Xalqın hər bir nümayəndəsi nitq mədəniyyətinə dərindən yiyəlnəməli və onu layiqli şəkildə qorumalıdır. Bu mədəniyyəti inkişaf etdirməkdə, yaymaqda söz ustalarının böyük xidmətləri olmuşdur.
Nitq mədəniyyəti nitqin müxtəlif şəraitində məzmun və məqsədə uyğunolaraq ədəbi dilin yazılı və şifahi formalarından, ifadəlilik vasitələrindən istifadəedə bilmə bacarığıdır. Bu anlayış dilin mənimsənilməsinin iki pilləsini özündəehtiva edir: 1) düzgün nitq, yazan, oxuyan və danışanın nitq normalarını gözləməsi; 2) nitq məharəti. Təkcə nitq normalarını deyil, həm də mövcudvariantlardan məzmun baxımından dəqiq, üslub və situativlik cəhətdən dahauyarlı dil vahidini seçib işlədə bilmək. Nitq mədəniyyəti normativ qrammatika iləüslubiyyatın vəhdətidir.

Başqa bir mənbədə mədəni nitq, nitq mədəniyyəti anlayışı belə izaholunur: “Nitq mə-dəniyyəti – nitqin ədəbi dil normalarına uyğunluğu, dilin ifadəvasitə və imkanlarından nitqin məqsəd və məzmununa müvafiq surətdə istifadəetmək bacarığı; dil səviyyələrinin və onlara daxil olan vahidlər sistemininformalaşdırılması, təkmilləşdirilməsi problemlərini, dil hadisə və proseslərinininkişaf xəttini, üslubiyyat məsələlərini araşdıran dilçilik bəhsi”. Bu tərif nitqmədəniyyəti anlayışını ehtiva etmək baxımından daha dəqiq və əhatəlidir.
. Adamları tanımaq, onlara bələd olmaqüçün, hər şeydən əvvəl, ünsiyyətə girmək, təmasda olmaq lazımdır. Antik dövrünböyük filosofu Sokrat həmişə deyərmiş: “Ey insan danış səni tanıyım”. Həzrət Əlibuyururdu ki, hər kəs öz dilinin altında gizlənib. Danışmayınca onun ağıllı və yaağılsız olması məlum olmur. Tarixi inkişafın bütün dövrlərində nitqə, onungözəlliyinə xüsusi diqqət yetirilmiş, qiymət ve-rilmişdir.“Qabusnamə”də deyilir: “Sözü ən gözəl tərzdə söyləmək lazımdır ki, həmsöz an-layan olasan, həm də söz anladasan”.
Maraqlı və canlı danışıq aləmi səslərin deyiliş tərzi, işlənmə forması iləçox bağlıdır. K.S.Stanislavskinin dediyi kimi, “sadə və gözəl danışığı bacarmaqözü bir elmdir və onun xüsusi qanunları var”.A.P.Çexov “Gözəl danışığa etinasız yanaşan adamlar özlərini insana layiqola biləcək ən ali, nəcib bir zövqdən məhrum edirlər” fikrini söyləmişdir.Bir latın atalar sözündə deyilir ki, şair anadan şair doğulur, natiqlər isətədricən yetişir. Buradan aydın şəkildə bəlli olur ki, gözəl danışığa yiyələnməkhəyatda qazanılır və hər kəsin özündən asılıdır. Lap qədim zamanlarda yaranmışbir zərb-məsəldə deyilir: “Sözün zahiri zərif, batini lətif olmalıdır”.

XAHİŞ ETMƏK

                                                              XAHİŞ ETMƏK

Men nitq etiketiyem. Amma o nitq etiketiyem ki, meni bir sey isterken , bir sey rica ederken , yardim dileyerken isledirler. Menim adim XAHİŞ ETMƏK  . Men her zaman sizin yaninizdayam. Size medeni nitqde yol yoldasiyam. Her zaman rica anlarinda size danisiqda ve medeni nitqde komek edirem. Eger kiminse xetrine deymeden bir sey istemek isteyirsinizse onda XAHIS EDIN. Eger birinden yardim isteyirsinizse o zaman XAHIS EDIN. Birinin size temennasiz ve konullu severek komek etmesini isteyirsizse o an XAHIS EDIN. Derslerinizde size komek lazimdirsa o zaman valdeyinlerinizden XAHIS EDIN. Harasa getmek isteyirsiniz ve sizi aparmaq lazimdirsa XAHIS EDIN ve .s. Bele ki men her zaman medeni nitqinizde sizinle birgeyem....
Sözü süz, sonra söylə,
Üzə söylə, qeybət olmasın.
Elə söylə ki, xoş gəlsin sənə,
həm əğyara.
İşarəilə söylə, rəmzlə söylə.
Ancaq səddini çək sonra söylə...